10 Yanvar 2017 21:25
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Binəli Yıldırım Qərbin terror təşkilatları ilə bağlı mövqeyini tənqid edib.

Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən məlumatına görə, Baş nazir bildirib ki, terrorçu təşkilatlara qarşı ikili standartlar qlobal sülhə ən böyük xəyanətdir:

"Türkiyənin müttəfiqi və tərəfdaşı olan Avropa terrorçulara fərqli yanaşır. İş PKK-ya gələndə Avropa göz yumur, söhbət İŞİD-dən gedəndə isə tamamilə əks mövqe tutur. Avropanın təhlükəsizliyi Türkiyədən başlayır. Əgər Türkiyənin təhlükəsizliyi təmin olunsa, Avropa üçün də təhlükə qalmaz."


Müəllif:

Oxşar xəbərlər