Bu gün səhər saatlarında Ermənistanda zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, maqnitudası 5 bal olan zəlzələnin episentri Qafan rayonundan 5 kilometr aralıda, yerin 10 kilometr dərinliyində yerləşib.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, zəlzələ Ordubad ərazisində 3 bala qədər hiss olunub.
Samir