Xalqın sevimli şairi, Ramiz Rövşənin qardaşı Eyvaz bu gecə rəhmətə gedib.
Publika.az xəbər verir ki, bu barədə Namiq Paşayev məlumat yayıb.
Mərhumun digər qardaşı Yaşar Əliyev Publika.az-a bildirib ki, o, ağciyər xərçəngindən vəfat edib.
“Xəstəlik uzun müddət olub, amma bilməmişik. Xəstəliyi biləndə isə artıq gec idi. Bu gün Əmircanda, atamın qəbrinin yanında dəfn edəcəyik”.
Allah rəhmət eləsin!