"Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasındakı strateji müqavilə ABŞ-ı iki ölkəyə qarşı açıq təcavüzün dağıdıcı nəticələrini düşünməyə məcbur edəcək".
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki , bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Müqavilənin qüvvəyə minməsi münasibətilə KXDR-in Moskvadakı səfirliyində keçirilən qəbulda diplomat qeyd edib ki, tərəflər yeni müqavilənin təkcə Koreya yarımadasında deyil, həm də strateji sabitliyi qorumaq qabiliyyətinə əmindirlər.
"İndi Birləşmiş Ştatlar və onun peykləri ölkələrimizə qarşı açıq təcavüzə başlasalar, mümkün dağıdıcı nəticələri nəzərə almağa məcburdurlar", - Qaluzin deyib.