Mətbuat Şurasının rəhbərliyi Ümumdünya Mətbuat Azadlığı Gününə həmrəylik nümayişi olaraq, mərhum jurnalistlər Elmar Hüseynov və Nəcəf Nəcəfovun məzarlarını ziyarət ediblər.
Teleqraf.com xəbər verir ki, ziyarətdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və sədr müavini Umud Mirzəyev iştirak ediblər.