“Urmiyada şura seçkiləri ilə bağlı şübhə doğuran bəzi seçki qutularının səsləri yenidən sayılacaq. Səslərin yenidən sayılmasında icra və nəzarət heyətlərinin nümayəndələri iştirak edəcək”, - Həsənxani bildirib.
Urmiyada keçirilən şura seçkilərinin nəticəsinə 32 namizəd etiraz edib. Səslərin yenidən sayılmasına bu gün başlanılıb, nəticənin sabah elan olunacağı gözlənilir.
Bundan öncə Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabəyli şura seçkilərində yol verilən qanun pozuntuları ilə əlaqədar təmsil etdiyi şəhərdə bəzi məntəqələrdə səslərin yenidən sayılacağını açıqlamışdı.
Qeyd edək ki, mayın 19-da İranda prezident seçkiləri ilə eyni gündə şəhər və rayonlarda yerli hakimiyyət orqanlarına – şuralara da seçkilər keçirilib.