“Azərbaycan Bayrağı” ordenli Urfan Vəlizadənin heç yerdə yayımlanmayan görüntüləri təqdim olunub.
Məlumata görə, aprel şəhidimizin toy görüntüləri, ailəsində şad günündə çəkilən videolar “Təki Vətən sağ olsun” sənədli filmində nümayiş olunub.
Filmdə həmçinin qəhrəmanın həyat yolu, ailə üzvlərinin, dostlarının gənclərimizə örnək olacaq xatirələri öz əksini tapıb.
Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilib.
Tədbirdə layihənin rəhbəri, ictimai birliyin sədri Şəbnəm Rəfaelqızı çıxış edərək filmin çəkilişlərində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edib ki, filmin çəkilişləri şəhid qəhrəmanımızın xidmət etdiyi hərbi hissədə aparılıb. Layihə üç ay müddətinə icra olunub. (baku.ws)