6 May 09:23
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, bu, ABŞ-nin Ukraynaya ayırdığı 61 milyard dollarlıq yardım paketinin tədarükündən sonra baş verəcək: “Çox güman ki, Qərbin silah və sursatlarının cəbhəyanı Ukrayna bölmələrinə çatması bir neçə həftə vaxt alacaq. Bundan sonra Ukrayna cəbhə xəttindəki durumu sabitləşdirə bilər”.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. ABŞ Prezidenti Cozep Bayden isə aprelin 24-də hərbi yardım haqqında qanunu imzalayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb


Müəllif: Teleqraf.com