10 Mart 2018 13:16
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurultayda səsləndirilən təkliflərin bir qismi Azərbaycan hakimiyyətinə ünvanlandığından onlara cavab vermək zərurəti yarandı. Burada səsləndirilən dəyərli fikirlərin hökumətə, Azərbaycan Prezidentinə , Ulu öndərin tarixi fəaliyyətinə ünvanlandığını düşünürəm.

Teleqraf.com-un məlumatın agörə, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistərin VII qurultayında yekun çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, burada seçiləcək yeni nümayəndələr haqqında, qurultay barəsində mənfi rəy səsləndirənlər də olacaq:

“Bundan qorxmayın. Nə qədər ki, cəmiyyət var, belə münasibətlər də olacaq. Çalışın, onlara cavab verərkən öz şəxsiyyətinizə uyğun davranın. Siz cəmiyyəti formalaşdıran əsas institutlardan birini təmsil edirsiniz. Bu gün yaxşı və pis nümunələri də cəmiyyətə mətbuat tirajlayır.

Düşündüyünüz və olduğunuz kimi olmağa çağırıram. Istər dövlət, istərsə də kənar qüvvələrin fikirlərinə əhəmiyyət verməyin. Bundan sonrakı medianın fəaliyyəti bu gün Mətbuat Şurasının İdarə Heyətinə seçilən üzvlərlə tənzimlənəcək. Biz də kimin seçilməsindən asılı olmayaraq onlarla işləməyə hazırıq. Xatırladım ki, hər dəfə görüşlərdə səsləndirilən fikirlər Azərbaycan Prezidentinin diqqətində olur”.

Ə.Həsənov mətbuatın dövlət büdcəsindən maliyyələşməsi barədə səsləndirilən tənqidi fikirlərə də münasibət bildirib: “Nəyə görə dövlətinin sərvətindən aldığın pay günah sayılmalıdır, xarici qrantlardan maliyyələşmək normal hesab edilməlidir? Sizi ittiham edənlər hansı mənbələrdən maliyyələşirlər?”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər