AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, publisist Zaman Əsgərli infarkt keçirib.
Teleqraf.com-a bu barədə onun yaxınları məlumat veriblər.
Üç gün əvvəl halı pisləşərək xəstəxanaya aparılan Zaman Əsgərlinin infarkt keçirdiyi məlum olub. Hazırda xəstəxanada həkim nəzarətində olan publisistin vəziyyəti orta ağırdır.
Qeyd edək ki, Zaman Əsgərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 8 elmi, bədii əsərin müəllifidir.
Dramaturq Mirzə Fətəli Axundovun 200 illik yubileyinə həsr edilmiş “Sübhün səfiri” filminin məsləhətçisi olan yazar eyni zamanda “Kəminə” filminin çəkilişi və Azərbaycanın ədəbiyyat tarixi ilə bağlı yeni elmi əsərinin üzərində işləyirdi.