22 May 2019 09:38
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik müəyyən edilib.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib:

“Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gedişhaqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik".

Cavid Qurbanov onu da qeyd edib ki, uzunluğu 13,5 km olan Bakı-Sabunçu dəmir yolu xətti üzrə məsafəni 15 dəqiqəyə qət etmək mümkün olacaq: "Bu yolu birbaşa getmək üçün 12 dəqiqə, sərnişinlərin minib-düşməsi ilə əlaqədar qatar hər stansiyada 1 dəqiqə dayanarsa, 15 dəqiqə lazımdır". (Report).


Müəllif: Teleqraf.com