23 May 2019 00:54
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ramazan ayının 18-ci günüdür.

Teleqraf.com-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 23-də Bakıda imsak saat 03:33, iftar isə saat 20:13-dədir.

Ramazan ayının 18-ci gününün duası:

"Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin".

Tərcüməsi:

"İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini işıqlandıran Allah!"

Allah orucunuzu qəbul etsin!


Müəllif: Teleqraf.com