3 Avqust 2019 12:12
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması qaydası”nı təsdiqləyib.

Reyestrin tərtib olunmasının və aparılmasının məqsədi ölkədə mövcud olan tədqiqat infrastrukturunun mərkəzləşdirilmiş məlumat bazasını yaratmaqla, elmi tədqiqat fəaliyyətini həyata keçirən elmi müəssisə və təşkilatların, alim və tədqiqatçıların həmin tədqiqat infrastrukturunun xidmətlərindən vaxtında, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.

Reyestrin tərtib edilməsi və aparılması, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilməsi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçirilir.

Qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş digər tədqiqat infrastrukturları müraciətləri əsasında Reyestrə daxil edilə bilər.

AMEA 15 iş günü müddətində ekspertiza və qiymətləndirmə işlərini həyata keçirir və bu işlərin nəticəsindən asılı olaraq, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilib-edilməməsi barədə müvafiq qərar qəbul edir. Tədqiqat infrastrukturu kateqoriyasına aid edilmiş elmi tədqiqat mərkəzləri və laboratoriyalar Reyestrə daxil edilir.

AMEA Reyestrə daxil edilmiş tədqiqat infrastrukturları haqqında məlumatları elektron portalda ümumi istifadə üçün açıq şəkildə yerləşdirir./trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər