19 Avqust 2019 08:47
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel döyüşlərində yaralanan Yaşar Ağayevin toyu olub.

Teleqraf.com-un "Xəzər xəbər"ə istinadən məlumatına görə, İsmayıllıda keçirilən toyda Respubilikanın bütün bölgələrindən qonaqlar, qohumlar və Yaşar Ağayevin döyüş yoldaşları iştirak ediblər. Elza Xaliqova adlı xanımla ailə quran qazi öz toyunda bəy geyimi əvəzinə xidmətdə olduğu formanı seçib.

Toydan öncə bəy və gəlin ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçəklər düzərək dahi şəxsiyyətə sevgi və ehtiramlarını bildiriblər. Sonra bəy və gəlin şadlıq sarayına daxil olarkən hərbi marşla, Azərbaycanın üçrəngli bayraqları ilə qarşılanıb. Toy mərasimində Respubilikanın bütün bölgələrindən qonaqlar, qohumlar və Yaşarın döyüş yoldaşları iştirak ediblər. Toy mərasimndə, həmçinin, rəsmi şəxslər də iştrak ediblər.


Müəllif: Teleqraf.com