Koronavirusla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Teleqraf.com xəbər verir ki, məcəllələrə dəyişiklik məsələsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, koronavirusla bağlı şayiələr yayılmasına görə vəzifəli şəxslər 2000 manatdan 5000 manata qədər, hüquqi şəxslər isə 5000 manata qədər cərimələnəcəklər.