19 İyun 2020 14:00
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı-publisist Qurban Yaquboğlu "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatına qoşulduğunu və ona dəstək verdiyini bildirib.

Teleqraf.com xəbər ki, o, fikrini belə əsaslandırıb:

"Koronavirus pandemiyası ilə bağlı gözlənilən bəzi ümidlər, təəssüf ki, doğrulmadı. Nə planetdə temperaturun qalxması, nə fəslin dəyişməsi, nə də ultra-bənövşəyi şüalar virusu məhv edə bildi. Taclı virus hələ ki mutasiyaya uğrayaraq özxoşuna da yox olmayıb. Dünya tibb elmi bugünə koronaya qarşı peyvənd və dərman kəşf eləməkdə acizdi.

Bu baxımdan insanlara özünü qorumağı məsləhət görən, hələlik virusa qarşı ən vacib və qaçılmaz metod olan özünümüdafiə prinsiplərini dəstəkləyirəm".

Qurban Yaquboğlu hər bir kəsə müraciətlə başımızın üstünü almış bu qorxunc təhlükədən qorunmağın mümkünlüyünü deyib: "Hazırda dünyanın aparıcı alimlərinin, mütəxəssislərinin də yekdil rəyi budur ki, yalnız qaydalara uymaqla vəziyyətdən az itkiylə çıxa bilərik.

Ona görə demək istəyəm: yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, əzizlərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin, yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə, qoyulan tələblərə ciddi riayət edin".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər