REAL TV-nin rəhbəri Mirşahin Ağayev koronavirusa yoluxub.
Bu barədə Teleqraf.com-a onun yaxınları məlumat verib.
Mirşahin Ağayev özünü narahat hiss etdiyinə görə xəstəxanaya müraciət edib.
Xüsusi rejimli xəstəxanaya yerləşdirilən Mirşahin Ağayevin vəziyyətinin qənaətbəxş olduğunu bildirilir.
Mirşahin Ağayevin yaxınları və son günlər təmasda olduğu şəxslər də tibbi nəzarətə götürülür.