15 Avqust 2020 11:59
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi tələbələrimizin bilet xəstələrinin ödənilməsində müəyyən problemlərin olmaması üçün səfirlik və Diasporla İş üzrə Dövlət Komitəsi, diaspor təşkilatlarımız onlara kömək etdi.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, lakin bəzi vətəndaşlarımız onlar üçün göndərilən təyyarədən imtina ediblər: "Vətəndaşlarımızdan, tələbələrimizdən xahiş edirik ki, bütün məqamları nəzərə alsınlar. Pandemiya dövründə bəzi müəssisələr distant təhsilə keçid edirlər ki, onlar bundan da faydalana bilərlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər