27 Avqust 2020 18:06
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya təcrübəsinə görə, azyaşlı uşaqların yoluxması ehtimalı 2 faizdir.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bu gün keçirilən brifinqdə deyib:

"ÜST-ün tövsiyələrinə görə, 12 yaşdan aşağı uşaqların maska taxması birbaşa valideynlərdən asılıdır. Maska azyaşlı uşaqda virus mənbəyinə çevrilə bilər. Əgər biz maska taxılmasının vacibliyini düşünüb, valideynlərdən tələb etsək, virusun yayılmasında rol oynamış olarıq".

Təhsil naziri Emin Əmrullayev əlavə edib ki, uşaqlara maska taxmaq tövsiyə olunur, lakin müəllimlərin özünü qorunması daha məqsədəuyğundur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər