3 Sentyabr 2020 12:15
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsinə yekun vurulub.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, iştirakçı ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Hava hədəfinə artilleriya atışı”, “Xilasetmə vasitələrinin istifadəsi”, “Gəminin lövbərə və çəlləyə durması” çalışmalarını icra ediblər.

Beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb. Keçirilən ümumi mərhələlərin yekun nəticələrinə əsasən Azərbaycan və Rusiya hərbi dənizçiləri bərabər bal toplayaraq müsabiqənin qalibi olublar.

“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi və qalib komandaların mükafatlandırma mərasimi sentyabrın 4-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər