Hər il olduğu kimi bu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazdənin təşəbbüsü ilə Aşura günü qanvermə aksiyası keçirilir.
QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, noyabrın 4-də-Aşura günündə qanvermə aksiyası paytaxt və bölgələrdə bir sıra məscid və ziyarətgahlarda həyata keçiriləcək.
Siyahı aşağıdakı kimidir:
1. Yasamal rayonu, “Təzə-pir” məscidi
2. Yasamal rayonu, “Hacı Soltanəli” məscidi
3. Nəsimi rayonu, “Əjdərbəy” məscidi
4. Səbail rayonu, “Bibi-Heybət” məscidi
5.Səbail rayonu, İçərişəhər cümə məscidi
6.Suraxanı rayonu, Qaraçuxur məscidi
7. Xəzər rayonu, “Mir Mövsüm ağa” məscidi
8. Nizami rayonu, Keşlə qəsəbə məscidi
9. Sumqayıt şəhər, “Cümə” məscidi
10. Gəncə şəhər, “İmamzadə” məscidi
11. Mingəçevir şəhər, “Heydər” məscidi
12. Şəki şəhər, “Cümə” məscidi
13. Lənkəran şəhəri, Böyükbazar məscidi
14. Bərdə şəhər, “Cümə” məscidi
BƏXTİYAR