3 Dekabr 2021 17:12
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibədən sonra işğaldan azad edilən ərazilərdə baş vermiş faicələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlərlə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O, qeyd edib ki, bir qədər səbr və təmkin nümayiş etdirmək vacibdir: “Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə işğaldan azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar var. Bu postlar ona görə saxlanılır ki, işğaldan azad edilən ərazilərə icazəsiz səfərlərin qarşısı alınsın.

Çünki hələ da təhlükə var. Sirr deyil ki, müharibədən sonra baş verən faciələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlərlə bağlıdır”.

Elşad Hacıyevin sözlərinə görə, sürətlə minatəmizləmə əməliyyatları aparılır: “Təmizlənən ərazilərə vətəndaşların təhülkəsiz qayıdışı üçün bərpa və quruculuq işləri həyata keçirilir. Artıq məlumdur ki, 2022-ci ildə Zəngilan rayonunun “Ağalı” kəndinə ilk sakinlər köçürüləcək.

Həmin sakinlərin düzgün xəbərdar edilməsi və maarifləndirilməsi, təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırılması zəruridir. Bu istiqamətdə işlər davam etdirilir. Hər birimiz daha çox çalışmalı, daha çox işləməli, daha çox məlumatları bölüşməli və paylaşmalıyıq. Qarabağ Azərbaycandır!"


Müəllif: Hacı Zeynalov