11 Fevral 2022 13:38
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2022-ci ilin yanvar ayında 32 kənddə paylayıcı qaz xəttlərinin, 31 yeni yaşayış massivində yeni paylayıcı qaz kəmərlərinin çəkilişinə başlanılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Ruslan Əliyev qeyd edib ki, yeni çəkilmiş qaz kəmərlərinin uzunluğu 13.7 kilometrdir: “Qaz kəmərlərinin uzunluğu Bakıda 1 kilometr, regionlarda isə 12.7 kilometrdir. Bu da onu göstərir ki, regionlarda paytaxtdan 12-13 dəfə daha çox yeni qazlaşma üçün kəmər çəkilib”.

O həmçinin bildirib ki, əsaslı təmir olunmuş qaz kəmərlərinin uzunluğu 9.6 kilometr olub: “Bakıda 6.4 kilometr, regionlar və Sumqayıtda isə 3.3 kilometr qaz kəməri əsaslı təmir olub”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər