İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 10 kiloqram 800 qram olan narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən Teleqraf.com-a məlumata görə, DSX və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycana gətirilən 5 kiloqram tiryək və 5,8 kiloqram marixuana dövriyyədən çıxarılıb.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir