17 May 2022 16:42
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran İqtisadi Əməkdaşlıq Təşkilatında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə qətiyyətlə çalışır. İran ona qarşı tətbiq edilən sanksiyalara rəğmən daima bölgədə sülhün tərəfdarı olub”.

Teleqraf.com xəbər verir ki, bu sözləri İqtısadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Konfransında çıxışı zaman İranın İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad deyib.

İranın vitse-spikeri əlavə edib ki, təmsil etdiyi dövlət xarici siyasətdə qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır.

Əli Nikzad əlavə edib ki, pandemiyadan digər ölkələr kimi İran da ziyan çəkib. Onun sözlərinə görə, iqtisadiyyatın bərpası bütün ölkələrin gündəmindədir və bura da əməkdaşlıq vacibdir.

Bununla yanaşı İran parlamentinin nümayəndə heyətinin sədri bildirib ki, regional inkişaf baxımından çoxtərəfli əməkdaşlıq zəruridir: “Təşkilat bununla bağlı kollektiv əməkdaşlıq təklif edib. İran İƏT-in əsas və nüfuzlu üzvü kimi üzv dövlətlər arasında əməkdaşlığı daha da artırmağa çağırır”.


Müəllif: Nemət