Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində reyslərin sayının artırılması qərara alınıb.
İyun ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 5 dəfə səfər edə biləcəklər.