19 Yanvar 2015 15:54
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 20 Yanvar faciəsinin 25 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası Korpusunun qarşısında şəhid tələbələrin xatirəsinə yenicə ucaldılmış abidənin açılışını ediblər. Açılış nitqində çıxış edən ATU-nun rektoru Əhliman Əmiraslanov qanlı-qadalı illərdə suverenliyimiz uğrunda fədakarlıq edən həkimlərimizin və gələcəyin həkimləri olan tələbələrin fəaliyyətindən danışıb. O, deyib ki, adları abidəyə həkk olunmuş şəhid tələbələr müasir gənclik üçün əsl örnəkdir. Abidənin üzərinə adları həkk olunmuş ATU 9 nəfər tələbənin 2-i 20 Yanvar şəhidi, digərləri isə 1992-1993-cü illlərdə Qarabağ müharibəsi şəhidləridir.

Tədbirdə çıxış edən millət vəkili Məlahət Həsənova qeyd edib ki, tarix keçmişdən dərs almaq üçündür: “20 Yanvar ədalətsizliyə, haqsızlığa qarşı millətimizin bir etirazı idi. Azərbaycan xalqı bir millət kimi öz sözünü deməyə qadirdir. Qürur və qəhrəmanlıq tariximizdir”.

ATU-nun kafedra müdirləri İsfəndiyar İsmayılov, Çərkəz Cəfərov da 20 Yanvar hadisələrini Sovet hakimiyyətinin böyük səhvi adlandıraraq xalqımızın bu hadisələrdən qürurla çıxdığını vurğulayıb.

Naibə QURBANOVA


Müəllif: