26 Mart 12:49
315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafada polis əməkdaşları digər dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə həyata keçirdikləri tədbirlərlə rayon ərazisində qanunsuz fəaliyyət göstərən taxta emalı sexi aşkar edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, R.Aşurova məxsus sexə baxış zamanı oradan müxtəlif növ yaş halda kəsilmiş ağac gövdələri və emal olunmuş taxtalar aşkarlanıb. Faktla bağlı Ağstafa RPŞ-də araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com