5 Oktyabr 17:14
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd arasında görüş ikitərəfli dialoq və hər iki tərəfin xoş niyyəti olmadan mümkün deyil.

Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, bunu Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri “Şimali Qafqaz: yeni geostrateji imkanlar” forumunun kuluarlarında deyib.

Diplomat onların Kazanda keçiriləcək BRİKS sammiti çərçivəsində mümkün görüşü barədə məlumatı təsdiqləməyib. Cəfəri Bəşər Əsədin BRİKS sammitinə gəlişi ilə bağlı məlumatı da təsdiqləməyib.

O, həmçinin qeyd edib ki, Suriya Türkiyə ilə mehriban qonşuluq münasibətlərinə can atır, lakin bunun üçün hər iki tərəfdən addım olmalıdır. Səfirin sözlərinə görə, ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində uzun illər ərzində aparılan səylər hələ də uğurlu nəticə verməyib.


Müəllif: Arzu

Oxşar xəbərlər