İsrail Müdafiə Qüvvələri İranın raket hücumuna cavab hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Qalei IDF" radiosu məlumat yayıb.
"Bu, ciddi və əhəmiyyətli cavab olacaq. Bizim cavabımızın İran üçün ciddi nəticələri olacaq və Tehran bunu başa düşməlidir", - jurnalistlər adının açıqlanmasını istəməyən mənbənin sözlərini sitat gətiriblər.
Radionun həmsöhbəti əlavə edib ki, İsrail Müdafiə Qüvvələri öz müttəfiqlərindən dəstək gözləyir.