5 Oktyabr 16:48
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqin ən böyük hava yolu şirkəti olan Dubayın Emirates Hava Yolları Livanda oxşar cihazların partladılmasından sonra sərnişinlərə peycer və radio aparatları götürməyi qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Dubay hava limanından yola düşən bütün sərnişinlərə qeydiyyat zamanı və ya əl yükündə peycer və mobil radioların olması qadağandır”, - aviaşirkətin saytında dərc olunan bəyanatda deyilir.

Bəyanatda həmçinin qeyd olunub ki, qadağan olunmuş əşyalar Dubay Polisi tərəfindən gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində müsadirə olunacaq.

Aviaşirkət həmçinin İraq və İrana uçuşların çərşənbə axşamına qədər dayandırılacağını, İordaniyaya uçuşların isə bazar günü bərpa ediləcəyini açıqlayıb.

İsrailin ölkə ərazisinə hücumlarının intensivləşməsi ilə əlaqədar Livana uçuşlar oktyabrın 15-dək dayandırılacaq.

Bir sıra digər aviaşirkətlər də gərginliyin artması fonunda Beyruta və digər regional hava limanlarına uçuşları dayandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər