Oğurladığı pulları mərc oyunlarında uduzan qadın saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Nizami rayonunda polisə müraciət edən şəxs mənzilindən 35 000 manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən L.Babayeva saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, L.Babayeva oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub.