Ötən gün Gümrüyə səfər edən Ermənistan Baş naziri Nikol Paşinyan bu gün səhər saatlarında burada da velosiped sürüb.
Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, “Hraparak” nəşri sübh çağı velosiped sürən Paşinyana küçə itlərinin hücum etdiyini bildirib. Belə ki, Slabodka rayonunda Paşinyan velosiped sürərkən bir qrup sahibsiz it ona və mühafizəçilərinə hücum edib.
Sakinin iddiasına görə, onlar təşviş içində Slabodka rayonundan qaçıblar.
Qeyd edilib ki, baş nazirin yayımladığı videoda itlərin hürməsi eşidilir.