Malmödə məktəbi vaxtından tez tərk etmək istəyən şagird tualetdə yanğın törədib. Məktəb dəhlizləri tüstü ilə dolduğundan bina boşaldılıb.
Teleqraf.com xəbər verir ki, ilkin hesablamalara görə, dəyən ziyan təqribən 500 min dollardır.
Bir neçə nəfər boğulmamaq üçün binanı pəncərələrdən tərk etmək məcburiyyətində qalıb, tüstüdən zəhərləndiyi üçün iki müəllimə tibbi yardım göstərilib. Məktəb distant təhsilə keçmək məcburiyyətində qalıb.
Yanğın törətməkdə ittiham olunan şagirdi 2 ildən 8 ilə qədər həbs cəzası gözləyir. Dindirmə zamanı o, səbəbin yanğın siqnalını işə salmaq istəyi olduğunu etiraf edib.
“Cümə axşamı dərslər çox gec bitir, ona görə də o gün evə getmək istəyirdik. Lakin bu, əlbəttə ki, heç də yaxşı fikir deyildi", - deyə o etiraf edib.