08:37
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ milyarderi, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask ölkədə davam edən seçki kampaniyasının qızğın dövründə gözlənilməz bəyanat verib.

Teleqraf.com xəbər verir ki, sahibkar Donald Trampa dəstəyin hələ təmin edilmədiyi ştatlardan Respublikaçılar Partiyasının namizədinə səs verən hər kəsə 100 dollar ödəməyə hazırdır.

İ.Maskdan pul mükafatı almaq üçün seçicilər respublikaçıların seçki proqramının əsas bəndlərini əks etdirən "Söz azadlığı və silah daşıma hüququ haqqında" petisiyaya imza atmalıdırlar. Tramp kampaniyasının məqsədi bu sənəd altında potensial tərəfdarların 1 milyon imzasını toplamaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər