19 Oktyabr 23:42
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin İrana hər hansı bir hücumu qırmızı xətt kimi qiymətləndiriləcək və ardınca adekvat cavab veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı Türkiyənin NTV telekanalına müsahibəsində deyib.

“Bizim üçün İrana qarşı istənilən təcavüz qəti bir tabudur. Belə bir hücum olacağı təqdirdə fəaliyyətsiz qalmayacağıq”, - deyən Araqçı vurğulayıb ki, İran nüvə obyektlərinə edilən istənilən hücuma və ya buna bənzər təcavüzə lazımi cavabı verməyə hazırdır.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə yüzlərlə raket atıb. Onların əksəriyyəti ələ keçirilib. İsrail tərəfi hücuma cavab verəcəyini vəd edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər