İsrailin baş naziri Benyamin Netanyahu X sosial şəbəkəsində “İranın agentlərini” Qeysəriyyə yaxınlığında hücumu zamanı onu və həyat yoldaşını öldürməyə cəhddə ittiham edib.
Teleqraf.com xəbər verir ki, Netahyahunun sözlərinə görə, ona sui-qəsd etmək istəyənlər “acı səhvə” yol veriblər.
“Bu, məni və İsrail dövlətini nəsillər boyu təhlükəsizliyimizi təmin etmək üçün düşmənlərimizə qarşı müharibəni davam etdirməkdən çəkindirməyəcək”, - Netanyahu yazıb.
O, Müdafiə Qüvvələrinin məqsədlərinə çatacağını, ölkənin Qəzza zolağından bütün girovları geri qaytaracağını deyərək, əlavə edib:
"İsrail vətəndaşlarına zərər verən hər kəs bunun üçün ağır bədəl ödəyəcək".