Almaniya və Türkiyə arasında ticarət həcmi 50 milyard dollara çatıb. Hədəfimiz bu rəqəmi 60 milyard dollara çatdırmaqdır.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Almaniyanın Federal Kansleri Olaf Şolts ilə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, Almaniyada 3,5 milyondan çox insanı əhatə edən bir türk cəmiyyəti yaşayır.
"Hər il ölkəmizi 6 milyondan çox alman turist ziyarət edir. Təbii ki, biz bu sayın daha da artmasını arzulayırıq. Bugünkü görüşlərimizi bu kimi əhatəli gündəm məsələləri üzərində qurduq. Ölkələrimiz arasındakı əlaqələri bütün ölçüləri ilə geniş şəkildə müzakirə etdik".