19 Oktyabr 15:35
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi çərçivəsində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gündüz saatlarında keçirilən monitorinqlər başa çatdırılıb.

Bu barədə Teleqraf.com-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müvafiq avtomobillərin hərəkəti test edilib.

20-dən artıq avtomobil və 15 avtobusun cəlb edilməsi ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi reallaşdırılan monitorinq tədbirləri zamanı yol hərəkətinə məhdudiyyətlər tətbiq edilməyib.

***

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçirilir.

Bu barədə Teleqraf.com-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları üçün nəzərdə tutulan qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir.

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi monitorinq tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib.

Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.

Qeyd edək ki, monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər