19 Oktyabr 02:00
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya hakimiyyəti öz ərazilərində Cənubi Koreyadan göndərilən hava şarlarında daşınan zibil aşkarlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Bildirilib ki, zibil oktyabrın 18-də səhər saatlarında Qanqvon əyalətinin Hvaam, Munbonq və Ryonhak kəndləri yaxınlığında tapılıb.

KMTA qeyd edir ki, bu tullantılar Cənubi Koreya tərəfindən şarlarla səpələnib.

Təhlükəsizlik orqanları dərhal həmin əraziləri bağlayaraq axtarışlar aparıb, zibili müayinə edib və sonradan yandırıblar. “İctimai Təhlükəsizlik Nazirliyi düşmən tərəfindən atılan zibillərin təhlili barədə Baş Qərargaha məlumat verib,” - deyə məlumatda bildirilib.

Cənubi Koreyalı fəallar əvvəllər Şimali Koreyanın "zibil" adlandırdığı siyasi vərəqələr, seriallar və musiqi ilə dolu fləş disklər paylayırdılar. Mayın sonundan bəri Şimali Koreya Koreya Respublikasına tullantı dolu şarlarla cavab verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər