19 Oktyabr 22:01
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeddilik Qrupu (G7) ölkələrinin müdafiə nazirləri həm qısa, həm də uzunmüddətli perspektivdə Ukraynaya dəstəyi, o cümlədən hərbi tədbirləri davam etdirmək planlarını təsdiqləyiblər.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onların Neapoldakı görüşündən sonra verilən bəyanatda deyilir.

“Biz Ukraynaya qısa və uzunmüddətli perspektivdə hərbi yardım da daxil olmaqla, yardımı davam etdirmək niyyətimizi vurğulayırıq”.

Sənəddə həmçinin qeyd olunur ki, G7 ölkələri Ukraynanın Avro-Atlantik strukturlara tam inteqrasiya, xüsusən də NATO-ya daxil olmaq istəyini dəstəkləyir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər