19 Oktyabr 21:46
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Samir Piriyevin həyat yoldaşı Anara Fətəliyeva sosial media hesabında paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Anara Fətəliyeva şəxsi İnstaqram hesabında Samir Piriyevdən yaşca böyük olmasını iddia edən şəbəkə istifadəçisinin şərhini paylaşıb.

O, İnstaqram istifadəçisinin "O vaxt eşitmişdik ki, Samir Piriyev anası yaşda xanımla evlənib" sualına "Haqqımdakı yeni şayiə ilə tanış olun. Özüm haqqında ilk dəfə bu şayiəni eşitdim. Anası yaşında...Mən 1984-cü il, Samir isə 1981-ci ildə anadan olub", - deyə cavab verib.

Qeyd edək ki, cütlüyün iki övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər