19 Noyabr 12:42
235
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Metan emissiyalarının təxminən 20 %-i tullantı sektorunun payına düşür".

Teleqraf.com xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması" mövzusundakı tədbirdə çıxışı zamanı deyib.

"Metan güclü istixana qazıdır və tullantı sektoru metanın ən sürətlə böyüyən mənbəyidir. Bu problem poliqonlarda, açıq hovuzlarda və çirkab sularda üzvi tullantılar parçalandıqda yaranır. UNEP-in Qlobal Metan Qiymətləndirilməsinə əsasən, istiləşmənin 1,5°C həddində məhdudlaşdırılması ssenarilərinə uyğun olmaq üçün dünya tullantı sektorundan metan emissiyalarını 2030-cu ilə qədər 30-35 %, 2050-ci ilə qədər isə təxminən 55 % azaltmalıdır. Bu azalmalar təkcə iqlim üçün deyil, həm də əhəmiyyətli sosial və iqtisadi faydalar təmin etmək üçün lazımdır. Bu gün biz üzvi tullantılardan metanın azaldılmasına dair COP29 Bəyannaməsini qəbul edirik. Bu bəyannamə artan hədəfləri təşviq etmək və daha çox hökuməti Qlobal Metan Öhdəliyinə qoşulmağa ruhlandırmaq məqsədi daşıyır", - deyə o əlavə edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen isə deyib ki, 2050-ci ilə qədər bərk məişət tullantılarının 85 % artacağı gözlənilir:

"2030-cu ilə qədər emissiyaların 30 % azaldılması planlaşdırılır və bu azalmaya indi başlamaq lazımdır. "Tullantıları “sərvətə” çevirməklə bu məqsədə nail ola bilərik. 2050-ci ilə qədər emissiyaların 55 % azaldılması lazımdır, lakin hazırda tullantıların miqdarı artmaqda davam edir. Buna görə də bugünkü bəyannamə mühümdür, çünki bu, üzvi tullantılardan metanın azaldılmasına diqqəti artırır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər