"Niderland şirin su qıtlığı probleminin həlli istiqamətində səylərini davam etdirir. Bu da iqlim dəyişikliyinin nəticələrindən biridir".
Teleqraf.com xəbər verir ki, bunu Niderland Baş nazirinin müavini və iqlim siyasəti naziri Sofi Hermans COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib:
"İqlim böhranı ilə mübarizə üçün ölkələr səylərini birləşdirməlidir. Niderland birgə iqlim fəaliyyətlərinə öz mümkün töhfəsini verməyə hazırdır. Ölkə daxilində və xaricində iqlim layihələrinə investisiya yatırırıq. Niderland hazırda ildə 1,8 milyard avro dövlət və özəl iqlim maliyyəsi ayırır. Dövlət iqlim maliyyəsinin 60%-i uyğunlaşma tədbirlərinə yönəldilir.
Biz, həmçinin COP26-da qalıq yanacaq subsidiyalarının mərhələli ləğvi ilə bağlı verilən vədin yerinə yetirilməsi üzrə beynəlxalq koalisiyaya rəhbərlik edirik. Hər kəsi bizə qoşulmağa, şəffaflığın artırılması və milli tədbirlərin görülməsi istiqamətində növbəti addımı atmağa çağırıram".