"İqlim və ekologiya problemləri hazırda dünyanın üzləşdiyi ən aktual məsələlərdən biridir".
Teleqraf.com xəbər verir ki, bunu Belarusun idman və turizm naziri Sergey Kovalçuk COP29 çərçivəsində keçirilən "Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü"ndə deyib.
Nazir bildirib ki, Belarus ekoloji problemlərin təsirini birbaşa hiss edən ölkələrdən biridir:
"Çernobıl faciəsi bu təsirin ən açıq nümunəsidir. Təəssüf ki, bu mövzu indi daha bir aspektdə – müharibələr kontekstində də tez-tez gündəmə gəlir, çünki müharibələr də iqlimə mənfi təsir edən əsas amillərdən biridir".