13 Mart 2015 14:56
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 13-də Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov tərəfindən dövlət sərhədlərinin mühafizəsində yüksək texnologiyaların səmərəli tətbiqi imkanları geniş müzakirə olunmuş və bu sahədə gələcək əməkdaşlıq münasibətlərini müəyyən edən qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalardan, o cümlədən “Azərsky” peykinin imkanlarından geniş istifadə ediləcəkdir.

Memorandum çərçivəsində Dövlət Sərhəd Xidməti Akademiyasının “Uçuş mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantlarının rabitə və yüksək texnologiyalar sahəsində təcrübə keçmələrinin təşkili də nəzərdə tutulub.

İLHAMƏ


Müəllif: