6 İyul 2015 20:47
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında görüşlərdə olub.

Görüş zamanı Şen Yüeyüe Azərbaycanın qadın hərəkatı sahəsində təcrübəsinin əhəmiyyətli məqamlarını da bildirərək bu sahədə əlaqələrin daha da genişləndirilməsinin hər iki tərəf üçün daha faydalı olacağını qeyd edib. O, Çində dövlət qadın siyasəti sahəsindəki vəziyyət barədə danışıb, qadınların dövlətin və cəmiyyətin idarə edilməsindəki fəal rolu barədə ətraflı məlumatlar verib.

Daha sonra Hicran Hüseynova çıxış edərək Komitənin son illər sürətli inkişafı ilə beynəlxalq aləmdə seçilən Azərbaycanda hər sahədə olduğu kimi, qadın siyasətində də qazanılan uğurlar barəsində danışıb.
Komitə sədri həmçinin dövlət və yerli özünüidarəetmə orqanlarında qadınlarımızın iştirakçılığının artdığını diqqətə çatdırıb.

Hicran Hüseynova Pekində Qadın Məsələlərinə dair IV Ümumdünya Konfransının 20 illiyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycanın və Çinin birgə müxtəlif beynəlxalq təşəbbüslərlə çıxış etmək ideyasını da irəli sürüb.

Komitə sədri onu da qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva öz aktiv fəaliyyəti ilə Azərbaycan qadını obrazını yaradaraq şəxsi örnəyə çevrilib. Hicran xanım Hüseynova həmçinin ölkənin birinci xanımının rəhbərliyi altında həyata keçirilən beynəlxalq tədbirlər, xüsusən də İlk Avropa Oyunları haqqında geniş məlumat verib.

Onu da qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Bakı Dövlət Universitetinin (BDU) sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva, BDU-nun humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, professor Ədibə Paşayeva, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri, professor Reyhan Hüseynova, AQUPDK-nın xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova iştirak edib.

İLHAMƏ


Müəllif: