16 Sentyabr 2015 11:59
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Səfir olsaydım - Azərbaycanı necə təbliğ edərdim?" adlı layihəsının icrasına başlayıb”.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, layihədə məqsəd Azərbaycanda gənclər arasında peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır.

Ümumilikdə layihədə 30 gənc jurnalistin iştirakı planlaşdırılır. Layihəyə cəlb ediləcək gənc jurnalistlərə peşakar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçiriləcəkdir. Bu gün Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Hər an müharibə təhlükəsi ilə üzbəüz qalan ölkələrdə isə jurnalistlərin öz təhlükəsizliyi, milli ordusu, cəbhə xətti ilə bağlı yalan və qərəzli informasiyalar yayması birmənalı olaraq anti-Azərbaycan siyasəti kimi qəbul olunmalıdır. Bu baxımdan gənclərimizin daha operativ, daha vətənpərvər mövzularda fəaliyyət göstərmələri üçün bu layihə çərçivəsində gənc jurnalistlərə dəstək olmağa çalışılacaq”.

Qeyd edək ki, 10 gün müddətində reallaşacaq təlimlər Gəncə, İsmayıllı və Bakı şəhərində baş tutacaq və layihədə 30 nəfərədək jurnalistin iştirakı planlaşdırılır.

BƏXTİYAR


Müəllif: