14 Oktyabr 2015 23:17
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 8840 nəfərə “Buraxılış vərəqəsi” verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, onlardan 7513 nəfər imtahanlardan uğurla keçiblər. Birinci cəhddən imtahanlardan 246 nəfər keçə bilməyib. İmtahanlarda iştirak edənlərin 3209 nəfəri 90 baldan çox, 3282 nəfəri 75-90 arası, 1022 nəfəri 60-75 arası bal toplayıb.

İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd artıq qeydə alınıb.

Naibə QURBANOVA


Müəllif: