Xalq artisti Nuriyyə Əhmədovanın yas mərasimi üçün Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən yardım edilib.
Bu barədə Teleqraf.com-a xalq artistinin bacısı Maya Həsənova bildirib: “Azərbaycanfilm” kinostudiyasının rəhbəri Müşfiq Hətəmov tərəfindən 1000 manat pul göndərilib. Allah köməyi olsun. Mədəniyyət və Turizm Nazirliyindən də köməklik ediləcək. Çox sağ olsunlar”.
M. Həsənova onu da qeyd edib ki, xalq artistinin nəvəsi Faiq iki gündür ki, babası Xanların evinə gedib: “Faiq aktyor Elşad Yusubovun sözü ilə babası Xanların evinə gedib. İki gündür ki, Faiqdən xəbərimiz yoxdur. Elşad məndən xəbərsiz bacımın paltarlarını da Xanların evinə aparıb. Orada yaşamaq isə mümkün deyil, evdə qaz da yoxdur. Nuriyyənin sağlığında Faiqin Xanlar ilə əlaqəsi yox idi. Dedim ki, yaxşı deyil, Nuriyyənin dəfn mərasiminə dəvət edək. Bir də onda gördüm ki, bir-birinə qoşulub gediblər. Uşağımızı Elşad bizdən uzaqlaşdırır. Onun universiteti, əsgərliyi var. Ona mən baxacam”.
Rəqsanə